Bu gün saat 11:00-dan 15:00-dək Nərimanov, saat 12:00-dan 16:00-dək Yasamal, saat 16:00-dək Hacıqabul, saat 18:00-dək Göygöl və Sabunçu, işlər başa çatanadək isə Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, fasilə qaz nəqli sistemində və qaz şəbəkəsində təmir işlərinin aparılması, qaz xəttinin mənbəyə birləşdirilməsi və ölçü qovşağının quraşdırılması ilə əlaqədardır.