Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

AMB "Bank of Baku"nun vəzifəli şəxsini cərimələyib
Azərbaycan Mərkəzi Bankı (AMB) "Bank of Baku" ASC-nin bir vəzifəli şəxsini 1 500 manat cərimə edib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində "Banklar haqqında" qanunun 35.4-cü maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulduğu məlum olub.
Odur ki, İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq bankın əməkdaşına qarşı tədbir görülüb.
"Azərbaycan Mərkəzi Bankı (AMB)" teqi üzrə xəbərlər
- "S&P Global" Azərbaycanda növbəti iki il üçün inflyasiya proqnozunu açıqlayıb
- "S&P": 2025-ci ildə Azərbaycanın nominal ÜDM-i 75 milyard dollara çatacaq
- Az riskli yığım vasitəsi: Böyük miqdarda qızıl alışı nəyə hesablanıb?
- Qanunvericilik bazası olmayan bankçılıq sahələri hansılardır?
- Ruslan Talıbov: "31 şirkət lisenziya almaq üçün Mərkəzi Banka müraciət edib"
Ən çox oxunanlar