"Cari ilin sonuna qədər Azərbaycanda ESG (Ekoloji, Sosial və Korporativ İdarəetmə - red.) və iqlim risklərinin prudensial çərçivəyə inteqrasiyası tamamlanacaq".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "8-ci DİM Dialoqu: Dayanıqlı İnkişaf üçün İnnovativ Maliyyələşdirmə: Yardım və Ənənəvi Rəsmi İnkişaf Yardımından (RİY) Kənar" tədbirində bildirib.
"Ümid var ki, ilin sonuna qədər iqlimlə bağlı risklərin kapital planlaşdırmasına daxil olunmasının təmin edəcək makroprudensial alətlərin hazırlanması başa çatdırılacaq. Bu addım yenilənmiş Bazel standartlarına uyğunlaşma baxımından mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, keçid risklərinin stress-test çərçivəsinə inteqrasiyası da ilin sonuna qədər həyata keçiriləcək", - deyə o qeyd edib.