Abşeronun şimal-qərb hissəsini şəhərin şərq və cənub-qərb istiqamətləri ilə birbaşa birləşdirəcək yeni Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun inşası və Heydər Əliyev prospektinədək əlaqələndirməsi nəzərdə tutulur.
Oxu.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİİN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, gələcəkdə isə bu yol 8 Noyabr prospekti ilə birləşəcək.
Qeyd olunub ki, inşa ediləcək bu irimiqyaslı yol Mehdiabad və Binəqədi ərazisindən başlayaraq Binəqədi şosesi ilə əlaqələndiriləcək:
"Bu addım nəticəsində nəqliyyat axını daha balansı paylanacaq. Xüsusilə Binəqədi, 20 yanvar, Ziya Bünyadov xətti üzrə müşahidə olunan gündəlik sıxlıqlar azalacaq və bir çox nəqliyyat vasitəsi alternativ yollarla hərəkət etmiş olacaq. Ümumilikdə həyata keçirilən bu infrastruktur layihələri dairəvi yollarla birlikdə şəbəkə formalaşdıracaq və daha rahat alternativ marşrutlar yaranacaq".