Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
AMB-nin İdarə Heyətində dəyişikliklərin səbəbi açıqlanıb
Mərkəzi Bankın İdarə Heyətinə gözlənilən dəyişikliklərin səbəbi açıqlanıb.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında məlumat verib.
"Bunun səbəbi çox sadədir. Qanuna əsasən AMB-nin İdarə Heyəti 7 üzv və 2 müstəqil üzvlə fəaliyyət göstərməlidir. Amma iki ildən artıq müddətdə İdarə Heyəti məhdud heyətlə fəaliyyət göstərib. 2024-cü ilin əvvəlində AMB strategiya qəbul edib. Bu strategiyanın həyata keçirilməsi və ölkə başçısının qarşıya qoyduğu məqsədləri dəstəkləyən mandatın uğurlu həyata keçirilməsi üçün dəyişikliyə ehtiyac var", - deyə T.Kazımov əlavə edib.
"Azərbaycan Mərkəzi Bankı (AMB)" teqi üzrə xəbərlər
- İlham Əliyev AMB sədrinə birinci müavin və müavinlər təyin etdi
- Mərkəzi Bank iqtisadi artım proqnozunu AÇIQLAYIB
- Azərbaycana ən çox investisiya yatırımı edən ölkələr məlum olub
- Vüsal Xəlilov: "Banklar COP29 çərçivəsində 2030-a qədər 2 milyardlıq maliyyə öhdəliyi qəbul edib"
- AMB: "Faiz dərəcələrinin artması fonunda bankların daxili ipoteka kreditlərinə tələb azalıb"