Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Anar İbrahimovdan Naxçıvanda yüksək vəzifəyə təyinat
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəis təyin edilib.
Bu barədə "Nuhçıxan" İnformasiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 23 iyul 2024-cü il tarixli sərəncama əsasən, Cavid Muxtar oğlu Kəngərli Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib.
Qeyd edək ki, Cavid Kəngərli bundan əvvəl Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində müxtəlif vəzifələrdə çalışıb, müvafiq vəzifəyə təyinatadək isə Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin rəisi olub.
"Dövlət Vergi Xidməti" teqi üzrə xəbərlər
- "Turan Tovuz" klubunun futbolçusu vergi borcu üzündən təlim məşq toplanışına yollanmayıb
- "Kartdan-karta" üsulu ilə işləyən daha 645 sahibkara maliyyə sanksiyası tətbiq edilib
- İşdən çıxarılan vəzifəli şəxs Naxçıvan Ali Məclisini məhkəməyə verdi
- Bakıda milyonlarla manat vergidən yayınan MTK-lar hansılardır? - SİYAHI+SAHİBLƏRİ
- Müdafiə Sənayesi Nazirliyi 6 milyon manat nizamnamə kapitalı ilə yeni şirkət yaradıb