Aprel ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri mart ayına nisbətən 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, xidmət tarifləri isə 0,1 faiz bahalaşıb.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin əvvəlindən dörd ay ərzində istehlak mallarının qiymətləri və xidmət tarifləri 1,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,6 faiz, xidmət tarifləri 0,3 faiz bahalaşıb.
Gülnarə Zeynalova
www.oxu.az