Nəqliyyat müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən ilin əvvəlindən keçən vaxt ərzində 67,6 milyon ton yük və 564,4 milyon sərnişin daşınaraq 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə uyğun olaraq 1,9 faiz və 6,0 faiz artıb.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yük daşınması avtomobil nəqliyyatı ilə 3,2 faiz, boru kəməri ilə 10,7 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 6,3 faiz, hava nəqliyyatı ilə 2,7 faiz, metropolitenlə 4,4 faiz artıb.
Gülnarə Zeynalova
www.oxu.az