Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Leyla və Arzu Əliyevalar Kann festivalında – FOTOLAR
67-ci Kann kinofestivalı çərçivəsində növbəti ziyafəti Vanity Fair moda dərgisi və Armani moda evi təşkil edib.
Oxu.Az buro247.az-a istinadla xəbər verir ki, Kap d'Antibdə keçirilən kokteyl ziyafətində iştirak edənlər arasında Leyla Əliyeva, Arzu Əliyeva, Culianna Mur, Robert Pattinson, Keyt Blanşett, Daşa Jukova, Ceyson Stethem, Edrian Broudi, Alfonso Kuaron və digərləri olub.
Qeyd edək ki, festival mayın 24-dək davam edəcək. Kinofestivalın əsas müsabiqəsi üçün 18 film seçilib. Yeni Zelandiyalı rejissor Ceyn Kempionun başçılıq etdiyi münsiflər heyətində Fransa aktrisası Karol Buke, Uillem Defo (ABŞ), Qael Qarsia Bernal (Meksika), Çon Do En (Cənubi Koreya), Leyla Hatəmi (İran), Sofiya Koppola (ABŞ), Tszya Canke (ÇXR) və rejissor Nikolas Vindinq Refn (Danimarka) təmsil olunurlar.
"Arzu Əliyeva" teqi üzrə xəbərlər
- Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə Leyla Əliyeva və Arzu Əliyevanı qəbul edib
- Leyla Əliyeva və Arzu Əliyeva Ər-Riyadda keçirilən 4-cü Beynəlxalq Humanitar Forumda iştirak edirlər
- Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
- Prezidentin gəlinindən Arzu Əliyevanın doğum günü ilə bağlı paylaşım
- Leyla Əliyevadan bacısı ilə bağlı paylaşım