Telejurnalist İlhamiyyə Rza aparıcı Mikayıl Güləddinoğlu barədə verilən sualları cavablandırıb.
Oxu.Az 1937.az saytına istinadla həmin müsahibəni ixtisarla təqdim edir:
- Space-də Mikayıl Güləddinoğlunun “Sevimli şou”su tənqid edilir ki, orada “palatka toyu” qurublar. Ancaq həm də verilişin başlamasını dörd gözlə gözləyirlər. Nədir Azərbaycan tamaşaçısını “palatka” səviyyəsinə endirən?
- “Mikayıl kimdir, Space indi nədir? Bilmirəm. Amma əvvəllər “palatka” toyları əla olurdu. Hər şey öz yerində, öz təbiətində gözəldir. Çoban dağ qoynunda, dərədə quzuları otarıb tütək çalanda gözəldir, mənalıdır, hətta bir az romantikdir. Məsələn, gəlib Space-də veriliş aparanda yox”.