Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Aqrolizinq” ASC-nin sədri işdən çıxarılıb
Kənd Təsərrüfatı Nazirliyi “Aqrolizinq” ASC-nin sədri Əli Bayramov vəzifəsindən azad olunub.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.
Onun sözlərinə görə, Ə.Bayramov bu gün istefa ərizəsini kənd təsərrüfatı naziri Heydər Əsədova təqdim edib.
M.Hacıyev deyib ki, hələlik “Aqrolizinq” ASC-nin sədri vəzifəsində təyinat olmayıb. Yaxın vaxtlarda yeni sədrin kimliyi məlum olacaq.
Ən çox oxunanlar