Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ARDNF gələn il 15 milyon manatdan çox maaş ödəyəcək
2024-cü ildə Dövlət Neft Fondunun (ARDNF) idarə edilməsi ilə bağlı xərclərin 38,247 milyon manat təşkil edəcəyi gözlənilir.
Bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.
Məlumata görə, bu, 2023-cü ilin proqnozu ilə müqayisədə 3,1% çoxdur.
ARDNF-nin gələnilki xərclərinin 15,348 milyon manatını və yaxud təxminən 40,1 %-ni əməyin ödənişi xərcləri təşkil edəcək. Fond satınalmalara 17,522 milyon manat, sosial ödənişlərə 0,1 milyon manat, qeyri-maliyyə aktivlərinə isə 5,276 milyon manat xərcləyəcək.
Ən çox oxunanlar