Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Şəhid ailələri və yaralıların kredit və borc öhdəlikləri üçün xərclənən vəsait açıqlanıb
Şəhid ailələri və yaralıların istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə “YAŞAT” Fondu tərəfindən xərclənən vəsait 7 011 408,82 manat təşkil edir.
“Report” xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov fondun 3 illik hesabatına həsr edilmiş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 918, itkin ailə üzvlərinin üç və yaralıların 1 379 müraciəti olmaqla ümumilikdə 2 300 müraciət təmin edilib:
“Əlavə olaraq fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 392,73 manat borc ləğv edilib”.
Rəylər