Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bir milyon manat ələ keçirən gənc biznesmenin yenidən məhkəməsi başladı
Gəncə Apellyasiya Məhkəməsində özünü yüksəkvəzifəli şəxsin qohumu kimi təqdim edərək dələduzluq əməli törətmiş 1993-cü il təvəllüdlü Əsəd Əsədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası dekabrın 18-nə təyin edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Əsədov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, araşdırmalar zamanı məlum olub ki, Ə.Əsədov Gəncədə avtomobil və ehtiyat hissələrin satışı ilə məşğul olub. Onun orada bir neçə mağazası olub. Əsasən nisyə şəkildə mal alıb-satan Əsədov özünü vəzifəli şəxsin yaxını kimi təqdim edərək ümumilikdə 33 nəfərdən dəyəri bir milyon manata yaxın olan ehtiyat hissələri, avtomobillər və nağd pul alaraq dələduzluq edib. O, aldatma yolu ilə ələ keçirdiyi əmlakların xeyli hissəsini geri qaytarsa da, bir hissəsi qalıb.
Gənc iş adamı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.
"Gəncə Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Nərmini ölümə təhrik edən kişi üç uşaq atası imiş
- Hərbçini qətlə yetirən şəxsə hökm oxundu
- Vətəndaşların ad-soyadlarını qanunsuz dəyişən rəisə 9 il həbs cəzası verildi
- DTX-nin həbs etdiyi sabiq icra başçısının müavininin məhkəməsi təxirə salınıb
- Bacısı ilə söhbət edən oğlanı bıçaqlayan şəxsə şərti cəza verildi
Rəylər