Azərbaycan Dövlət Neft Fondu (SOCAR) 2014-cü il üçün büdcəsinin proqnozlaşdırılması zamanı neftin qiymətini bir barelə görə 100 dollar məbləğində götürəcək.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında SOCAR-ın icraçı direktoru Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, neftin qiymətinin proqnozlarına yenidən baxılıb:
“Müvafiq olaraq gələn ilin büdcəsində neftin bir bareli 100 dollardan hesablanacaq".
Xatırladaq ki, bir neçə həftə əvvəl SOCAR büdcəni neftin bir barelinin qiymətini 90 dollardan formalaşdırmağa hazırlaşırdı.
Nəzərinizə çatdıraq ki, hal hazırda Brent markalı neftin 1 barelin qiyməti 108,32 dollar təşkil edir.