Sentyabrın 26-na keçən gecə saat 03 radələrində Bakı şəhərinin Yasamal rayonu ərazisində gənc qıza ağır xəsarət yetirilib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Rayon Polis İdarəsindən verilən məlumata görə, Sabunçu rayonunun Pirşağı qəsəbə sakini olan 1989-cu il təvəllüdlü Dadaşova Pərvanə Azad qızı boğaz nahiyəsindəki kəsilmiş-deşilmiş xəsarətlər Kliniki Tibbi Mərkəzə gətirilib.
Gənc qızın Yasamal rayonu Şərifzadə küçəsi ev 37A-nın qarşısında bıçaqlandığı məlum olub.
Hazırda faktla əlaqədar əməliyyat-axtarış tədbirləri aparılır.
P.Dadaşovanın boğazının kimin kəsdiyi hələlik məlum deyil.