Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Argentina prezidenti altı saat ərzində LIBRA mem-tokenini yüksəltdi və "dəfn etdi"](https://images.oxu.az/2025/02/15/1KX7XLGJQMlnzudTKhVSRHu5aYysZwW1Jt5IYazC:1200.webp)
Argentina prezidenti altı saat ərzində LIBRA mem-tokenini yüksəltdi və "dəfn etdi"
Argentina Prezidenti Xavyer Miley LIBRA mem-tokeninin buraxılması və sonradan dəstəkdən imtina etməsindən sonra kriptovalyuta ictimaiyyətinin diqqət mərkəzinə düşüb.
Oxu.Az-ın verdiyi məlumata görə, token cəmi altı saat ərzində başgicəlləndirici yüksəliş və sürətli eniş yaşayıb.
Belə ki, Miley "X" platformasında LIBRA-nı "özəl müəssisə" adlandıraraq onu dəstəkləyən mesaj paylaşıb. Bu, bazarda ajiotaj yaradıb və tokenin bazar kapitallaşması 4.59 milyard dollara çatıb. Lakin bir neçə saat sonra prezident öz paylaşımını silib və layihəni artıq dəstəkləməmək qərarına gəldiyini bildirib.
"Bir neçə saat əvvəl mən, dəfələrlə etdiyim kimi, tvit paylaşdım və özəl müəssisə adlanan bir şeyi dəstəklədiyimi yazdım, lakin belə görünür, mənim buna heç bir aidiyyətim yoxdur. Layihənin təfərrüatını bilmirdim və onun haqqında öyrəndikdən sonra bu xəbəri yaymamağa qərar verdim (məhz buna görə tviti sildim)", - deyə Miley yazıb.
Bu bəyanatdan sonra LIBRA tokeni pik dəyərindən 96% düşüb.
"Kriptovalyuta" teqi üzrə xəbərlər
- Britaniyalı kişi öz itmiş "Bitcoin"lərini tapmaq üçün maraqlı qərar verdi: Zibil poliqonunu alır
- "$TRUMP" kriptovalyutasından alış-verişdə istifadə edilməsinə başlandı
- Tramp çıxışında kriptovalyutalardan danışmadı: "Bitkoin"in qiyməti endi
- Trampın həyat yoldaşı Melaniya da öz kriptovalyutasını buraxdı
- Trampın kriptovalyutası bir gündə 5 dəfədən çox bahalaşdı