2014-сü ildə Azərbaycandakı 28 sığorta şirkətinin xəttilə təxminən 429,2 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Sığortaçılar Assosiasiyasından məlumat verilib.
ASA-nın məlumatına görə bu göstərici, 2013-cü illə müqayisədə 23,5 milyon manat və ya 5,8% çoxdur.
Qeyd edək ki, ötən il sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin məbləği isə təxminən 157,1 milyon manat təşkil edib. Bu isə 2013-cü ilə nisbətən 34,3 milyon manat və ya 28% çoxdur.
Xatırladaq ki, hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 36,6 manat ödəniş edilib. Bu göstərici 2013-cü ildə 30,3 manat olub.