Dostlarımla böyük fəxr hissi ilə bu ilin yay ayında Azərbaycanda keçiriləcək Avropa Oyunlarında ulduz səfiri olmaq şərəfinə nail olmağım barədə xəbəri bölüşmək istəyirəm.
Oxu.Az xəbər verir ki, məşhur telejurnalist, Az.Ru.TV-nin rəhbəri Azər Qərib bu barədə öz Facebook səhifəsində yazıb.
A.Qərib qeyd edib ki, özündə üzgüçülüyü, velosiped yarışını və şossedə qaçışı birləşdirən olimpiya oyun növü - triatlonu təmsil edəcək.
“Avropa Oyunlarının ulduz səfirinin vəzifəsi təmsil etdikləri idman növlərini uşaqlar və məktəblilər arasında təbliğ etmək, izah etmək və təqdimat funksiyasından ibarətdir.
Triatlon üzrə yarışlar Amburan-da keçiriləcək, orada tamaşaçılar üçün lazımi şərait yaradılacaq və mən artıq indidən sizi öz yığmamıza azarkeşlik etməyə çağırıram”, - A.Qərib yazıb.