Sentyabrın 28-29-da Bakıda Beynəlxalq Aktuarlar Assosiasiyasının Avrasiya və Yaxın Şərq üzrə komitəsinin toplantısı keçiriləcək.
Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) Oxu.Az-a bildirilib.
“Toplantıda 20-yə yaxın ölkədən 40-dan çox beynəlxalq dərəcəli aktuar, həmçinin, yerli sığorta sistemində çalışan 50-dən çox aktuar iştirak edəcək.
Tədbirdə həmçinin Maliyyə Nazirliyinin DSNX-nin, Dövlət Sosial Müdafiə Fondunun, eləcə də Beynəlxalq Aktuarlar Assosiasiyasının komitə rəhbərləri və qonşu ölkərin Aktuarlar Assosiasiyalarının yüksək struktur nümayəndələri iştirak edəcəklər” - deyə, ASA-dan bildirilib.
İki gün davam edəcək toplantı çərçivəsində iştirakçılar üçün seminarlar da təşkil olunacaq.
Seminarlarda ekspertlər tərəfindən iştirakçılara:
- Aktuar Peşəkarlığı
- Tibbi sığortada maliyyələşdirilmə
- Dəyişən mühitdə strateji aktivlərin yerləşdirilməsi və idarə edilməsi
- Ödəmə qabiliyyəti
- Təqaüd sistemlərinin maliyyə sabitliyi
- Beynəlxalq təcrübədə Sığorta ehtiyyatlarının hesablanması və qeyri-həyat sığortasında yaradılan sığorta ehtiyatlarında təkrarsığortaçıların payı
- Beynəlxalq Aktuarlar Assosiasiyasının prinsiplərinin yerli qanunvericiliyə implementasiyası
mövzularında seminarlar təşkil olunacaq.
Ülviyyə R. Əli
www.oxu.az