İyul ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 2,2 milyon manatdan çox məbləğdə sığorta ödənişi həyata keçirilib.
Oxu.Az xəbər verir ki, İcbari Sığorta Bürosundan verilən məlumata görə, 2014-cü ilin iyul ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1,497 sığorta tələbi üzrə 2,282,605 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
“Cari ilin iyul ayında İcbari Sığorta Bürosu tərəfindən 12 kompensasiya tələbi üzrə 50,366 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib”, - məlumatda deyilir.
Gülnarə Zeynalova
www.oxu.az