Cari ilin iyul ayında ölkə enerji sistemində 1,8 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. Bu isə iyun və may ayları ilə müqayisədə 12,5% artım deməkdir (iyun və may aylarında bu göstərici 1,6 milyard kilovat-saat təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.
Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.
Mənbənin bildirdiyi digər bir məlumata görə, cari ilin ötən 7 ayı ərzində isə 13 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib.
Gülnarə Zeynalova
www.oxu.az