Bu gün Bakıda ilk dəfə keçirilən Azərbaycan - ABŞ biznes forumunda Dövlət Gömrük Komitəsi (DGK) və Amerika Ticarət Palatası (“AmCham”) arasında anlaşma memorandumu imzalanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, sənədi DGK sədri Aydın Əliyev və “AmCham”ın prezidenti İlqar Vəliyev imzalayıblar.
Memorandum “AmCham”a üzv olan şirkətlər üçün sərhəd-gömrük məntəqələrində malların və nəqliyyat vasitələrinin daşınmasında “Yaşıl dəhliz”in və digər keçid sistemlərinin istifadəsini nəzərdə tutur.
U.A.
www.oxu.az