Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

AYİB Gürcüstanın ən böyük bankındakı hissələrini satdı
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gürcüstanın iri bankında - “TBC Bank”dakı payının 30%-ni satıb.
Oxu.Az AYİB-ə istinadən xəbər verir ki, AYİB tərəfindən satılan səhmlər “TBC Bank”ın səhmlərinin ümumi sayının 3.6 faizini təşkil edir.
AYİB-in satdığı səhmlər Böyük Britaniya, ABŞ və Avropadan bir sıra institusional investorlar tərəfindən əldə edilib. Pay London Fond Birjası vasitəsilə satılıb.
AYİB-in Cənubi, Şərqi Aralıq Dənizi və Qafqaz regionu üzrə direktoru Mayk Teylor bildirib ki, “TBC Bank”ın güclü tərəqqisi AYİB-ə payını azaltmağa imkan verir.
Xatırladaq ki, AYİB “TBC Bank”ın səhmlərini 2009 və 2012-ci illərdə almışdı.Yeri gəlmişkən, AYİB Azərbaycanda da bir neçə bankın səhmdarıdır.
L.Ə.