“Azərbaycan Hava Yolları” (AZAL) Novruz bayramına həsr olunan yeni aksiyanın başlanması barədə elan edir.
Bu barədə AZAL-dan Oxu.Az-a bildirilib.
Milli bahar bayramı olan Novruz bayramı müddətində istənilən şəxs bir aviabiletin qiymətinə ekonom və ya biznes sinfi üzrə iki bilet əldə edə biləcək.
Aksiya Bakıdan/Bakıya aşağıdakı istiqamətlər üzrə gediş-dönüş aviabiletlərinə şamil olunur:
London, Paris, Berlin, Təl-Əviv, Pekin, həmçinin Nyu-York. İkinci aviabiletə görə inzibati yığımlar istisna olmaqla ödəniş tutulmur.
Aksiya çərçivəsində aviabiletlərin satış müddəti: 18-27 mart 2016-cı il
Uçuşların müddəti: 1 aprel - 31 may 2016-cı il
Aksiya çərçivəsində alınan aviabiletlər eyni bir reysə və xidmət sinfinə aid olmalıdır.
Aksiyanın şərtlərinə əsasən, aviabiletlər yalnız birlikdə dəyişdirilə bilər.
Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkündür.
Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:
(+99412) 598-88-80
*8880
e-mail: callcenter@azal.az
Ülviyyə R. Əli
www.oxu.az