“Azərbaycan Hava Yolları” (AZAL) Sinay yarmadası üzərindən uçuşlar həyata keçirmir.
Bu barədə Oxu.Az-a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “AZAL Sinay üzərindən uçuşlar həyata keçirirmi?” sualına cavab olaraq bildirib.
Qeyd edək ki, Avropanın 2 böyük aviaşirkəti - Lufthansa və Air France-KLM oktyabrın 31-də Rusiya təyyarəsinin qəzaya uğradığı Sinay yarımadası üzərindən uçuşları dayandırmaq barədə qərar qəbul ediblər.
Şirkət rəsmiləri bu qərarı təhlükəsizlik tədbirləri ilə əlaqələndiriblər.
Ülviyyə R. Əli
www.oxu.az