Avropanın 2 böyük aviaşirkəti - Lufthansa və Air France-KLM oktyabrın 31-də Rusiya təyyarəsinin qəzaya uğradığı Sinay yarımadası üzərindən uçuşları dayandırmaq barədə qərar qəbul ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Röyters yayıb.
Şirkət rəsmiləri bu qərarı təhlükəsizlik tədbirləri ilə əlaqələndiriblər.
Lufthansa və Air France-KLM Misir səmasında Airbus A321 qəzaya uğraması ilə bağlı təhqiqatının nəticələrini gözləmək niyyətindədirlər.
Alman şirkətindən dəqiqləşdiriblər ki, Lufthansa-ya məxsus təyyarələr gündə 10 dəfə Sinay yarımadası üzərindən keçirlər.