Nijni-Novqorodun “Strinqino” hava limanı martın 29-dan etibarən yaz-yay cədvəlinə keçir. Bu barədə hava limanının məlumatında deyilir.
Oxu.Az xəbər verir ki, iyunun 6-dan etibarən Azərbaycan Hava Yolları Şirkəti (AZAL) Nijni-Novqoroddan Bakıya birbaşa müntəzəm reyslər həyata keçirəcək. Reyslər Embraer 190 təyyarəsi ilə şənbə günləri, iyulun 29-dan başlayaraq isə həmçinin çərşənbə günləri də yerinə yetiriləcək.
Qeyd edək ki, uçuşların cədvəli 2015-ci ilin oktyabrın sonuna qədər qüvvədə olacaq.