"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin bütün aviareyslərində elektron siqaret qurğularından (siqaret, qəlyan, siqar) istifadə qadağan edildi.
Oxu.Az-ın AZAL-a istinadən verdiyi məlumata görə, həmçinin elektron siqaret qurğularının qeydiyyata alınmış baqajda daşınmasına yol verilmir.
Belə qurğuların sərnişinin əl çantasında daşınması tələb olunur.
Həmçinin, bütün hallarda litium-metal batareyaların (UN 3090) “Azərbaycan Hava Yolları”nın təyyarələri ilə yük və ya baqaj kimi daşınması qadağandır.
“Litium-metal batareyalar xüsusi avadanlığın daxilində və ya avadanlıqla birlikdə daşınan zaman (UN 3091) İATA-nın Təhlükəli yüklərin daşınması qaydalarına uyğun olaraq daşınmaya hazırlanmalıdır”, - deyə, şirkətdən bildiriblər.
E.Ə.
www.oxu.az