AZALJET-in (AZAL-ın bir müddət əvvəl yaradılmış AZALJET loukosterinin həyata keçirdiyi reyslər) yaranması ilə bağlı məsələ ötən ilin yay ayından gündəmə gəlib. Ümumdünya praktikaya nəzər salsaz, bütün JET-lərin baqaj siyasəti var.
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında AZAL-ın vitse-prezidenti Arif Məmmədov bildirib.
“Baqaj siyasəti AZALJET-in siyasəti ilə heç nə ilə fərqlənmir. Biz aşağı büdcəli loukos uçuşları həyata keçiririksə, həmin baqaj siyasətini də yerinə yetirməliyik.
Baqaj siyasəti bütün JET-lərin apardığı siyasətlə eynidir”, - deyə A.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, AZALJET özünü doğrulda biləcək:
“AZALJET uçuşlarına hələ indi başlayıb. Ona görə ona marağın hansı səviyyədə olmasını qiymətləndirmək çətin olacaq. Biz hər halda fikirləşirik ki, 80-90% sərnişin qoltuqları dolu olursa, AZALJET özünü bəlkə də doğrulda biləcək”.
Qeyd edək ki, AZALJET-in təqdim etdiyi reyslər ilə Bakıdan xaricə cəmi 49 avroya getmək mümkün olacaq.
Ülviyyə R. Əli
www.oxu.az