2016-cı ilin ilk 2 ayında ölkədə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin,avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 29,8 milyon manatlıq məhsul istehsal edilib.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Oxu.Az-a bildirilib.
Məlumata görə, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə maşın avadanlıqların istehsalı 31,7%, sair nəqliyyat vasitələrinin istehsalı 11% azalıb, avtomobil və qoşquların istehsalı isə 19,6% artıb.
“İki ay ərzində 45,5% az yük avtomobili, 5,1% az ştanqlı quyu nasosları istehsal edilib.
Bununla yanaşı, hesabat dövründə 144 ədəd traktor, 54 ədəd qoşqular və yarımqoşqular istehsal edilib”, - deyə komitədən qeyd edib.
Ülviyyə R. Əli
www.oxu.az