Azərbaycan 2015-ci ilin yanvar-fevral aylarında 5 milyon 504 min 510,6 ton neft ixrac edib ki, bu da 2014-cü ilin yanvar-fevral aylarının göstəricisindən 2,6% çoxdur.
Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Sayğacların göstəricilərinə əsasən, 2015-ci ilin yanvar-fevral aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 4 mln. 340 min 808,1 ton (keçən ilin göstəricisindən 1.3 dəfə çox), Bakı-Supsa neft kəməri ilə 715 min 290,1 ton, Bakı-Novorossiysk neft kəməri ilə 254,127 min ton neft ixrac olunub. Dəmir yolu ilə Gürcüstan limanlarına 194 min 285,4 ton neft daşınıb.
“2015-ci ilin yanvar-fevral ayları ərzində ixrac edilən 1 milyard 825 milyon 982,28 min məbləğində neftin bəyan edilmiş həcmi 4 milyon 461 min 631,23 ton təşkil edib” - komitənin məlumatında deyilir.