Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) verilən məlumata əsasən, Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində həyata keçirilən işlər çərçivəsində Qələbə dairəsində genişləndirilmə işləri sürətlə davam etdirilir.
Oxu.Az NİİM-in məlumatına istinadən xəbər verir ki, sözügedən ərazidə dairənin diametri kiçildilərək hərəkət zolaqlarının sayı artırılır. Artıq yol yatağı hazırlanan hissədə asfalt-beton örtüyünün döşənməsinə başlanılıb. Əlavə olaraq hərəkət istiqaməti dəyişdirilən hissəyə qoyulmuş beton bloklar mərmər səki daşı ilə əvəzlənəcək. İşlərin mart ayı ərzində yekunlaşması gözlənilir.