2015-ci ildən Azərbaycan Xəzər dənizində Azərbaycan sektorunda Şahdəniz yatağından təbii qazın alınmasını artıracaq.
Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2013-cü il maliyyə fəaliyyətinə dair hesabatında bildirilib. Auditi EY şirkəti edib, 2013-cü ildə SOCAR Şahdənizdən qazın alınmasının qiyməti və minimal həcmi haqqında saziş imzalayıb.
“Saziş 2014-cü ilin yanvar ayının 1-dən 2018-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Sazişə müvafiq olaraq cari ildə Azərbaycanın Şahdənizdən alacağı qazın həcmi 0,65 milyard kubmetr qaz olacaq. 2015-2017-ci illərdə qazın həcmi ildə 1,3 milyard kubmetr olacaq, 2018-ci ildə isə bu qazın həcmi 0,64 milyard kubmetrə qədər enəcək”, - hesabatda deyilib.