Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Cihad üzrə dünya çempionları – FOTO
İraq Şam İslam Dövlətinin yaratdığı Xilafət, dünya tərəfindən tanınmayan ən varvar və qəddar dövlət ola bilər. Şiə və xristianların burada yaşaması tamamən mümkünsüzdür, elə sünnilərin bəzilərinə də orada yaşamaq asan olmayacaq.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, dünyanın hər tərəfindən İraqa axışan radikal islamçılar üçün bu sadəcə İŞİD-in qara bayrağı altında yığışmağa bir bəhanədir. Həm də onların əlində ən müasir ordu və yüz milyonlarla dollar var.
İyun ayının 29-da İraq Şam İslam Dövləti qruplaşması İraq və Suriya ərazisində Xilafətin yaradılmasını elan edib. Qruplaşmanın lideri Abu Bəkr əl-Bağdadi özünü xəlifə elan edərək, bütün dünyadan olan islamçıları sədaqət andı içərək İŞİD-in nəzarət etdiyi əraziyə köçməyə çağırıb. Qruplaşmanın adı “İslam Dövləti” kimi qısaldılıb.
Bir həftə sonra isə xəlifə tərəfdarlarına video-müraciət ilə səslənib:
“Mücahid qardaşlar, Allah sizə qələbə və uzun illər səbir və mübarizədən sonra hakimiyyət bəxş edib. Uzun əsrlər olmayan İslam xilafəti yaradılıb və imam təyin edilib. Mən sizin lideriniz təyin edilmişəm. Mən sizin ən yaxşınız və sizdən yaxşı deyiləm. Təvəqqe edirəm: əgər məni haqlı sayırsınızsa mənə yardım edin, əgər məni ədalətsiz hesab edirsinizsə məsləhət verin və haqq yoluna yönəldin”, - əl-Bağdadi bəyan edib.
İŞİD qrupu bu yaxınlarda yaranıb. Baxmayaraq ki, hələ 2006-cı ildə İraqda “İraq İslam Dövləti” təşkilatı yaradılmışdı, indiki halda İŞİD 2013-cü ildə yaradılaraq Suriyada döyüşlərə başladı.
İŞİD-in əsas sponsoru Qətər, onu yalnız Bəşər Əsədin qüvvələri ilə müharibədə istifadə etmirdi, eləcə də Səudiyyə Ərəbistanından rəqibləri ilə mübarizə üçün istifadə edirdi. Ər-Riyad digər İslam qruplaşmasına – Cabhat-ən Nüsrə (Əl-Qaidənin Surya filialı hesab edilir) sponsorluq edir. Nəticədə Ərəb körfəzinin iki monarxiyası arasında mübarizə yaraqlılar arasında qəddar mübarizəyə gətirib çıxardı.
Amerikalı ekspert Xuan Koulanın sözlərinə görə, İŞİD rəhbəri Abu Bəkr əl-Bağdadi, (əsl adı İbrahim Avad İbrahim əl-Badri əl-Hüseyni əl-Samarrai, eləcə də Abu Dua adı ilə də tanınır), “müasir tarixdə əli dirsəyəcən qan içində olan ən məşhur qatillərdən biridir”.
Səddam Hüseyni devirdikdən sonra əl-Bağdadi gizli terrorun fəal iştirakçısı olur. Onun qurbanları yalnız amerikan hərbçiləri deyil, eləcə də dinc əhali idi. Xuan Koula yazır ki, əl-Bağdadi dondurma dükanlarında uşaqları, toylarda böyükləri, sonra isə onun qurbanlarının yası keçirilən məkanları partladırdı.
Pul və qələbələr İŞİD-i radikalların gözündə cazibədar edir. Onun sıraları yalnız işğal edilmiş şəhərlərin həbsxanalarından azad edilmiş ekstremistlərlə deyil, eləcə də dünyanın hər tərəfindən axışan ekstremistlər ilə möhkəmlənirdi.
“Yalnız Britaniyadan gələn İŞİD yaraqlılarının sayı 400-dən artıqdır. İŞİD-in qara bayrağı altında iki minə yaxın Rusiya və keçmiş postsovet məkanından gəlmiş yaraqlılar döyüşür. İŞİD-in sıralarında yalnız çeçenlərin sayı 1500 nəfərdir. Onların arasında Uçmar Şişani də var – o, İŞİD-də yüksək vəzifə tutan mərhum Doku Umarovun kürəkənidir.
20 nəfərdən ibarət çeçenlərdən ibarət qrupu xüsusi qeyd etmək lazımdır (Rusiyada birinci və ikinci çeçen kampaniyasından sonra Lacivərd sahildə böyük çeçen diasporu yaranıb), Evgeni Satanovski iddia edir ki, gec, ya tez bu insanlar öz hərbi təcrübələri və fanatizmləri ilə öz vətənlərinə – Avropaya, Amerikaya, Kanadaya qayıdacaqlar və orada cihad cəbhəsi açacaqlar”.
İŞİD tərəfindən İzzət İbrahim əd-Duri kimi məşhur personaj da vuruşur. O, Səddam Hüseynin İnqilabi komandanlıq Şurasının sədri vəzifəsində müavini və Baas parityasının katibidir. Bu 72 yaşlı general, Amerika hərbçilərinin oynayarkən Səddam elitasının üzü yadda qalsın deyə oyun kartları dəstəsində kral rolundadır.
İŞİD yaraqlıları çox gözəl silahlanıb. İndi onların ixtiyarında 260 müasir hərbi maşın var. Bundan başqa yaraqlılar İraqda təyyarə və vertolyotları da ələ keçirməyi bacarıblar. Yaraqlıların dəstəsində bu texnikanı idarə etməyi bacaranlar var – Səddam ordusunun keçmiş əsgərləri. Ekspertlərin hesablamalarına görə İraqda İŞİD milyard dollar dəyərində silah və texnika ələ keçirib.
“Bu əlavə qüvvələrin hesabına səfirlik bundan sonra da öz diplomatik missiyasını yerinə yetirməyə yardım edəcək”, - Pentaqonun mətbuat katibi kontr-admiral Con Kirbi açıqlama verib. Faktiki olaraq Vaşinqton səfirliyi təcili təxliyyə etmək lazım olarsa özünü sığortalayıb. İraqa gələn Amerika əsgərləri bu prosesi təmin edə biləcək saydadırlar.
Yaranmış vəziyyətdə İraq hakimiyyəti İrandan olan dindarlara ümid edə bilər. Tehran qorxur ki, şiələr üçün müqəddəs olan: Kərbəla, Samarra və Nəcəf şəhərləri sünni radikalların əlinə keçər. Ona görə də İslam Respublikası Bağdada yardım göndərib.
İraqda İslam İnqilabı Mühafizəçiləri Korpusunun (İİMK) üç taburu yerləşir. Bağdadın müdafiəsinə İran generalı Qassim Süleymani rəhbərlik edir, onun rəhbərliyi altında İİMK-nin elit bölüyünə Kodsa rəhbərlik edir.
Baxmayaraq ki, İŞİD-in işləri uğurla gedir, ehtimal var ki, bu qrupun məğlubiyyətinə xarici deyil, daxili səbəblər olacaq. Qeyd edildiyi kimi, İŞİD-in qara bayrağı altında müxtəlif publika yığılıb. Fanatik cihadçılar və Səddam ordusunda xidmət edən əsgərlər arasında əl-Malikinin hakimiyyətini devirməkdən başqa ümumi heç bir maraq yoxdur.
İŞİD-in nəzarəti altında olan ərazidə şəriət qanunlarına görə deyil, bu qanunların orta əsrlərdə mövcud olduğu ən varvar əsaslanmaları üzrə yaşayırlar. Yezidlər, şiələr və xristianların orada yaşaması praktiki olaraq mümkün deyil.
Amma İŞİD hakimiyyəti altında sünnilər üçün də rahat deyil. Qruplaşmanın üzvləri onları İslamın əsaslarına dair imtahan verməyə məcbur edir, həm də vəhhabi anlamında. Səddam ordusunun sivil dövlətdə yaşamağa öyrəşmiş zabitləri üçün bu, dözülməzdir.
Bundan başqa, xilafətin rəhbəri elan edilmiş əl-Bağdadi müxtəlif əqidə və maraqları olan döyüşçüləri uzun müddət bir yerdə saxlamağa qadir şəxsə bənzəmir.
“Yeni xəlifə psixopat qatildir, onun aqressiv davranışı əvvəl-axır tərəfdarlarının narazıçılığına səbəb olacaq”, - bu barədə “Zaman” online portalı yazır.
Rəylər