2014-cü ilin dekabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 462 min 950 ton Azərbaycan nefti nəql olunub.
Bu barədə Oxu.Az-a SOCAR-dan məlumat verilib.
Ötən ilin yanvar-dekabr aylarında bu kəmərlə 28 milyon 508 min 192 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il yanvar ayının 1-ə qədər BTC-yə 263 milyon 649 min 785 ton neft vurulub.
Bundan başqa, ötən ilin dekabr ayında BTC kəməri ilə ümumilikdə 644 min 134 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.