Azərbaycan Çin hökumətinin təsis etdiyi Asiya İnfrastruktur İnkişaf Bankının təsisçi üzvü olmaq niyyətini rəsmi olaraq bəyan edib.
Maliyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Azərbaycan hökuməti öz niyyətini martın 31-də Çinin Maliyyə Nazirliyinə bildirib.
Azərbaycan Asiya regionunun infrastruktur inkişafının artmaqda olan maliyyə ehtiyaclarının təmin edilməsi məqsədilə yaradılacaq yeni maliyyə institutunun təsisçi üzvü olmaq marağını ifadə edib.