Bakı-Aktau-Bakı xəttində avtonəqliyyat vasitələrinin daşınması üçün Ro-Ro gəmisinin həftədə bir dəfə səfəri başlaması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil.
Oxu.Az xəbər verir ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib ki, hazırda həmin istiqamətdə Ro-ro tipli gəmilərlə daşınma həyata keçirilmir və yalnız gələcəkdə belə bir maşrutun açılması mümkündür.
Qeyd edək ki, hazırda Bakı-Türkmənbaşı-Bakı marşrutu üzrə ROPAX tipli gəmi ilə daşınmalar həyata keçirilir, ilk belə reys isə yanvar ayının 15-də həyata keçirilib.