Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında iki sənəd imzalanıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də paylaşım edib.
Nazir imzalanmadan əvvəl EBRD-nin prezidenti Odil Reno-Basso ilə görüş keçirdiyini, görüşdə Bankla əməkdaşlığın perspektivləri və birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr apardığını qeyd edib.
“Bu gün imzalanan sənədlərə əsasən, AYİB-in Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilmiş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasının yenilənməsi layihələrinin maliyyələşdirilməsinə dövlət zəmanəti olmadan iriməbləğli kredit ayırması, “Gəncə-Yaşıl Şəhər Proqramı” çərçivəsində “Küçələrin işıqlandırılması” layihəsi üzrə isə Gəncə şəhərində infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur”, - deyə o qeyd edib.
AYİB (@EBRD) prezidenti xanım Odil Reno-Basso (@OdileRenaud) ilə Bankla əməkdaşlığın perspektivləri və birgə layihələrin həyata keçirilməsi barədə müzakirə apardıq. Bu gün imzalanan sənədlərə əsasən, Azərbaycan İnvestisiya Holdinqinin (@AzInvestHolding) idarəçiliyinə verilmiş
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 12, 2022
1/3
Xəzər Dəniz Gəmiçiliyinin donanmasının yenilənməsi layihələrinin maliyyələşdirilməsinə #AYİB tərəfindən dövlət zəmanəti olmadan irihəcmli kreditin ayrılması,
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 12, 2022
2/3
“Gəncə-Yaşıl Şəhər Proqramı” çərçivəsində “Küçələrin işıqlandırılması” layihəsi üzrə isə Gəncə şəhərində infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur.
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 12, 2022
3/3#EconomyAz pic.twitter.com/VikU2zY6dZ