Beynəlxalq audit şirkəti olan KPMG-nin (“Klynveld Peat Marwick Goerdeler”) keçmiş altı rəhbər şəxsi yanvarın 29-da ABŞ-da həbs olunub. Keçmiş auditorlar məxfi audit məlumatlarından sui-istifadədə ittiham olunurlar. Bildirilir ki, KPMG rəsmiləri İctimai Mühasibat Uçotu Heyətinin (İMUH) işçilərini işə götürərək onlardan İMUH-un şirkətin auditi ilə bağlı planlarını öyrənərək məxfi məlumatları əldə ediblər.
Oxu.Az xəbər verir ki, “Böyük Dördlük” adlanan dünyanın dörd nəhəng audit şirkətindən biri olan KPMG-nin 1998-ci ildən Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir.
Qeyd edək ki, “KPMG Azərbaycan limited”in Azərbaycanda iki iri bankın (“Bank Standard” və “Texnikabank”) müflisliyinə səbəb olması barədə iddialar var.
İqtisadçı-eskpert Əkrəm Həsənov deyir ki, “KPMG Azərbaycan limited” ölkəmizdə nümayəndəliyi vasitəsilə qanunsuz sahibkarlıq fəaliyyəti göstərib:
“Həm də işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən ermənilərin “Artsakhbank”ının auditorudur. KPMG-nin reputasiyası bütün dünyada darmadağın olur”.
Ə.Həsənov bildirir ki, “KPMG” “Bank Standard” və “Texnikabank”ın uzun müddət auditoru olub:
“Uzun illər şirkət bu banklara yüksək qiymət verib. Lakin 2016-cı ilin əvvəlində “Texnikabank”, həmin ilin payızında isə “Bank Standard” müflisləşdi. Bunlar göstərdi ki, “KPMG”nin fəaliyyəti qeyri-peşəkardır. Ölkə tarixində ən iri bankları, şirkətləri “KPMG” audit edib. Onların fəaliyyətinə müsbət qiymət verib”.
“KPMG”-nin xaricdəki fəaliyyətinə toxunan Ə.Həsənov deyir ki, şikət CAR-da müəyyən korrupsiya əməllərinə yol verib:
“İlin əvvəlində isə Böyük Britaniyada müflisləşən hökümət layihələri üzrə əsas podratçı tikinti şirkətinin də auditi “KPMG” tərəfindən aparılmışdı. Hətta audit rəyində qeyd edilib ki, sözügedən tikinti şirkəti 2019-cu ilə qədər tam sağlam olacaq”.
O da məlum olubki, “KPMG” əvvəllər müştərilərinin adlarını açıqlasa da, artıq siyahı gizli saxlanılır.
L.Ə.
www.oxu.az