Səhmləri Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsus olan “Beynəlxalq Lizinq” şirkəti yeni ofisə köçüb.
Şirkət bundan sonra Bakı şəhəri, Nizami küçəsi - 67 ünvanında, ABB-nin baş ofisinin əvvəlki inzibati binasında fəaliyyət göstərəcək.
Beynəlxalq Bankdan Oxu.Az-a verilən məlumata görə, bu dəyişiklik bankın törəmə müəssisələrinin xərclərinin optimallaşdırılması məqsədindən irəli gəlir.
ABB-ə məxsus binada yerləşməsi “Beynəlxalq Lizinq” şirkətinin öz xərclərinə qənaət etməsinə, fəaliyyətinin effektivliyinin artmasına xidmət göstərəcək.
U.A.