“Azərbaycan Dəmir Yolları” QSC Bakının Nizami rayonunun Keşlə qəsəbəsi ərazisində qatarın vaqonlarının relsdən çıxması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Oxu.Az-ın məlumatına görə, qurumun Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov APA-Economics-ə bildirib ki, hadisə zamanı 15 deyil, cəmi 3 vaqon relsdən çıxıb:
“Hadisə ötən gecə baş verib. Hadisə zamanı heç bir xəsarət alan olmayıb, ziyan qeydə alınmayıb. Qəzanın nəticələri dərhal aradan qaldırılıb və qatar artıq Gürcüstana çatıb”.