Oktyabr ayının 21-də Azərbaycanın bəzi rayonlarında qaz verilişində fasilələr müşahidə edilir.
Oxu.Az-a “Azəriqaz” İB-də bildiriblər ki, ölkənin Ağsu rayonunda 13:00-a qədər, Ucar rayonunda 13:00-dan 15:00-a qədər, İsmayıllı və Samux rayonlarında isə 14:00-dan 16:00-a qədər qaz verilişi məhdudlaşdırılacaq.
Qaz təminatında fasilələr qaz nəqli sistemində aparılan təmir-quraşdırma işləri ilə əlaqədardır.