Qurban bayramı ilə əlaqədar olaraq, “Azərbaycan Dəmir Yolları” QSC gücləndirilmiş iş rejiminə keçəcək.
Bu barədə Oxu.Az-a QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, Qurban bayramı günü növbəli iş rejimi təşkil ediləcək.
“Bütün vağzallarda, stansiyalarda mühafizə daha da gücləndiriləcək” - deyə, N. Əzməmmədov əlavə edib.
Əzməmmədov həmçinin qeyd edib ki, sıxlıqdan asılı olaraq xəttə əlavə vaqonlar qoşulacaq.
Ülviyyə R. Əli
www.oxu.az