2013-cü ilin noyabrın 11-dən etibarən Bakı Beynəlxalq Avtovağzalı onlayn bilet satışını həyata keçirir. Biz artıq müəyyən edə bilirik ki, hansı bölgələrdə sərnişin sıxlığı çox olacaq.
Oxu.Az-a bu barədə Bakı Beynəlxalq Avtovağzalının şöbə müdiri Mətləb Abidi bildirib.
Onun sözlərinə görə, bununla əlaqədar olaraq, daşıyıcılarla ətraflı söhbətlər aparılıb, hansı istiqamət üzrə nə qədər avtobusun ayrılacağı müzakirə olunub.
Bundan başqa, M.Abidi bildirib ki, biletlərin qiymətləri ilə əlaqədar olaraq, bu gündən 8 nəfərdən ibarət qiymətə nəzarət kommisiyası fəaliyyətə başlayıb.
İdarə rəsmisi bir daha əmin edib ki, Qurban bayramı günü heç bir sıxlıq problemi yaşanmayacaq.
Belə ki, sentyabrın 22-dən 27-dək əlavə 200 avtobus xəttə buraxılacaq.
Ülviyyə R. Əli
www.oxu.az