“Qarabağ” klubu artıq İngiltərədədir.
Oxu.Az Ağdam klubunun saytına istinadən xəbər verir ki, komanda 5 saatlıq uçuşdan sonra Londona çatıb.
Sentyabrın 17-də “Tottenhem”lə qarşılaşacaq “Qarabağ” bu gün sonuncu məşqinə çıxacaq.
Avropa Liqasının qrup mərhələsində ilk görüşlər sabah keçiriləcək. “Qəbələ” isə Bakıda yunan PAOK-unu qəbul edəcək.

E.Ə.
www.oxu.az