Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Çexiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka ilə görüşüb.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
“Azərbaycanla Çexiya arasında əmək, əməyin mühafizəsi və məşğulluq, peşə standartlarının hazırlanması və tətbiqi, əmək bazarı statistikasının təkmilləşdirilməsi, işçi resurslarının keyfiyyətcə yüksəldilməsi, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsi və onların əmək bazarına inteqrasiyası, həssas qruplar üçün sosial xidmətlərin təşkili və digər sahələr üzrə sistemli əməkdaşlıq əlaqələrinin qurulması məqsədyönlü addım olar. Bu sahələrlə bağlı əməkdaşlığın həyata keçirilməsi üçün nümunəvi saziş layihəsi hazırlanıb və Çexiyanın aidiyyəti dövlət qurumuna göndərilməsi nəzərdə tutulub”- deyə, Səlim Müslümov bildirib.
Öz növbəsində, çexiyalı səfir Azərbaycanla əmək və sosial müdafiə məsələlərində əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayıb.