Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan gələn il üçün müdafiə və milli təhlükəsizlik xərclərini daha 159 milyon manat artırır
Azərbaycanda əlavə gəlir potensialının səfərbər edilməsi yolu ilə bir sıra publik hüquqi şəxslərə xərclərini dövlət büdcəsi hesabına deyil, daha çox öz gəlirləri hesabına təmin etmək tövsiyə edilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Bunun nəticəsi olaraq, təqribən 159 milyon manat vəsaitin bu təyinat üzrə sərbəstləşdirilməsi və tam həcmdə ölkəmizin müdafiə və milli təhlükəsizliyinin daha da gücləndirilməsi ilə bağlı tədbirlərinin əlavə maliyyə təminatına yönəltmək. Bununla müdafiə və milli təhlükəsizlik xərclərinin dövlət büdcəsindəki ümumi məbləği 8 milyard 555 milyon manata çatdırılır", - deyə o qeyd edib.
"Dövlət büdcəsi - 2025" teqi üzrə xəbərlər
- Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 45 yol layihəsi icra edilir
- Azərbaycanda gələn il su təsərrüfatına büdcədən 546 milyon manat xərclənəcək
- Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılmasının məqsədi açıqlanıb
- İSF-nin 2025-ci il üçün büdcə layihəsi III oxunuşda qəbul edilib
- Naxçıvana dotasiyanın məbləği 35 milyon manata yaxın azaldılır - SƏBƏB