Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan gəmisi Qara dənizdə müntəzəm konteyner xətti ilə yük daşıyacaq
Gürcüstanın paytaxtı Tbilisidə "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin işçi qrupunun iclası keçirilib.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) Oxu.Az-a verilən məlumata görə, QSC-nin sədri Rauf Vəliyevlə yanaşı, Gürcüstan, Qazaxıstan və Rumıniyadan olan dəmiryolu və dəniz nəqliyyatı şirkətlərinin nümayəndələrinin də qatıldığı yığıncaqda Qara dənizdə Gürcüstanın Batumi və Rumıniyanın Konstansa limanları arasında ASCO gəmisi vasitəsilə konteyner daşımalar xəttinin yaradılması məsələsi müzakirə olunub və bununla bağlı qərar qəbul edilib.
Bu xətt üzrə əsas yük kimi Avropa-Çin-Avropa və Avropa-Mərkəzi Asiya-Avropa istiqamətlərindən tranzit yüklərin daşınması nəzərdə tutulub. Gözləntilərə görə, adıçəkilən istiqamətlər üzrə Qara dənizdə konteyner xətti ilə yüklərin çatdırılması müddəti azalacaq. Bu da Qara dəniz üzərindən də keçən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Middle Corridor) cəlbediciliyini və Azərbaycan üzərindən keçən tranzit konteyner daşımalarının həcmini artıracaq.
Qeyd edək ki, ASCO-nun Qara dənizdə fider gəmisinin ilk sınaq səfərinin 2019-cu il sentyabrın 20-dək həyata keçirilməsi nəzərdə tutulur.
Fider gəmi hər 10 gündən bir (ayda üç dəfə) səfərə çıxacaq. Yük həcmi çoxalacağı halda xətt üzrə gəmilərin sayının və reyslərin müntəzəmliyinin artırılması da nəzərdə tutulub.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO)" teqi üzrə xəbərlər
- ASCO: Qeyri-sabit hava şəraiti gəmilərin limanlara giriş-çıxışında çətinliklər yaradır
- Azərbaycanda dövlətə məxsus 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılacaq
- Xəzər dənizində bədbəxt hadisə - Ölən var
- İşdən çıxarılan rektorun YERİNƏ TƏYİNAT
- Azərbaycan TARİXİNDƏ İLK: Üçrəngli bayrağımız altında üzən gəmi ABŞ limanında