Azərbaycan Gürcüstan əhalisinin qaza olan tələbatını tam olaraq təmin etməyə qadirdir və demək olar ki, tam olaraq təmin edir.
Oxu.Az “Qruziya Onlayn”a istinadən xəbər verir ki, bu barədə SOCAR Georgianın baş direktoru Mahir Məmmədov bildirib.
Bununla da Məmmədov Gürcüstanın enerji naziri Kaxi Kaladzenin Gürcüstanda qaza olan tələbatın artması ilə əlaqədar Azərbaycandan çatdırılan qazın yetərli olmadığı üçün, gürcü tərəfinin qazın çatdırılmasına dair “Qazprom” ilə danışıqlar aparmağa niyyətli olması barədə bəyanatına cavab verdi.
Məmmədovun sözlərinə görə, Gürcüstana gündəlik olaraq 5 milyon kubmetr, üstəgəl Şah-Dəniz yatağından da 1 milyon kubmetr qaz çatdırılır. Gürcüstanın gündəlik qaz tələbatı 6,2 milyon kub metrdir.
“Biz demək olar ki, əhalinin qaza ehtiyacı olan həcmini tamamən təmin edirik”, - Məmmədov bildirib.